Greenera Travel olaraq sizi dəniz səyahətlərinin möhtəşəm dünyasına dəvət edirik. Biz MSC Cruises (MCS) şirkətinin rəsmi tərəfdaşıyıq və sizə yüksək səviyyəli kruiz təcrübəsi təqdim edirik. Səyahətlərimiz Aralıq dənizi, Şimali Avropa, Karib dənizi, BƏƏ və Qırmızı dəniz, həmçinin Asiya marşrutlarını əhatə edir. Bu marşrutlar dünyanın ən məşhur şəhər və limanlarını birləşdirir: Roma, Barselona, Marsel, İstanbul, Dubay, Doha, Santorini, Kopenhagen, Oslodan Norveç fyorqlarına qədər. Hər dayanacaq özünəməxsus mədəniyyət, tarix və təbiət gözəllikləri ilə seçilir.
Aralıq dənizi, Şimali Avropa, Karib dənizi, BƏƏ və Qırmızı dəniz, Asiya
Roma, Barselona, Marsel, İstanbul, Dubay, Doha, Santorini, Kopenhagen, Oslodan Norveç fyorqlarına
Kruiz səyahətinin əsas üstünlüklərindən biri — bircə dəfə çantanızı yığaraq bir neçə ölkəni görmək imkanınızdır. Səhər fərqli bir şəhərdə oyanır, gün ərzində ekskursiyalara qatılır, axşam isə rahat və komfortlu gəminizə geri dönürsünüz. MSC kruiz gəmiləri səyahət zamanı sizə beşulduzlu otel səviyyəsində şərait yaradır: geniş kabinlər, balkondan okean mənzərəsi, 24 saatlıq xidmət, dünya mətbəxinin inciləri ilə zəngin restoranlar.
Gəmidə bütün yaş qrupları üçün əyləncə proqramları mövcuddur. Uşaqlar üçün xüsusi klublar, su parkları və animasiya tədbirləri, böyüklər üçün SPA mərkəzləri, idman zalları, açıq hovuzlar, canlı musiqi, teatr şouları və tematik axşamlar təşkil olunur. Gecələr isə diskoteka və barlarda dostlarınızla əylənə bilərsiniz.
Greenera Travel ilə kruiz bronladıqda siz yalnız tur deyil, tam düşünülmüş səyahət planı əldə edirsiniz. Biz marşrut seçiminizdən başlayaraq viza dəstəyi, aviabilet, transfer və ekskursiyaların təşkili daxil olmaqla bütün detalları nəzərə alırıq. Məqsədimiz sizə həm rahat, həm də unudulmaz bir təcrübə yaşatmaqdır. Kruiz yalnız istirahət deyil, həm də yeni mədəniyyətləri kəşf etmək, dünyanın müxtəlif guşələrində unudulmaz xatirələr toplamaq üçün əla fürsətdir.