Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) – Yaxın Şərqin ən inkişaf etmiş, müasir və innovativ ölkələrindən biridir. Səhranın ortasında qurulmuş bu unikal dövlət həm texnoloji inkişafı, həm də ərəb mədəniyyətinə sadiqliyi ilə fərqlənir. Rəsmi paytaxt Əbu-Dabi, lakin ən çox tanınan və turistləri cəlb edən şəhər Dubaydır.
Dubay — dünyanın ən sürətlə inkişaf edən şəhərlərindən biridir. Burada sizi Burj Khalifa – dünyanın ən hündür binası, Palm Jumeirah adası, Dubai Mall kimi nəhəng ticarət mərkəzləri, süni xizək meydançası və möhtəşəm çimərliklər gözləyir. Lüks otellər, Michelin ulduzlu restoranlar, dünya səviyyəli tədbirlər
Əbu-Dabi — BƏƏ-nin paytaxtı olmaqla yanaşı, həm də mədəniyyət və zənginlik mərkəzidir. Burada Sheikh Zayedməscidi kimi memarlıq inciləri, Louvre Abu Dhabi muzeyi, Saadiyat adası və ailələr üçün ideal əyləncə mərkəzləri yerləşir. Əbu-Dabi həm də sakitlik və dəbdəbənin harmoniyasını təqdim edir.
BƏƏ yalnız Dubay və Əbu-Dabi ilə məhdudlaşmır. Şarja – İslam mədəniyyəti və sənəti ilə tanınır. Muzeylər, qalereyalar və ənənəvi bazarlar turistlər üçün maraqlıdır. Ras Al Khaimah və Fujairah təbii mənzərələri, dağları və sakit çimərlikləri ilə fərqlənir. Həmçinin Ajman və Umm Al Quwain kimi kiçik, lakin qonaqpərvər əmirliklərdə də sülh və istirahət üçün ideal şərait var.
BƏƏ-də turizm ilboyu aktivdir. Qış aylarında hava mülayim, yay aylarında isə istidir, lakin otellərdə və ictimai məkanlarda güclü kondisionerlər sayəsində rahatlıq təmin edilir. Səhra safari turları, lüks kruizlər, alış-veriş festivalları, golf və spa mərkəzləri ilə BƏƏ bütün zövqlərə cavab verir.
Rəsmi valyuta BƏƏ dirhəmidir (AED). Ölkədə nağdsız ödəniş geniş yayılıb və turistlər üçün təhlükəsiz və rahat şərait yaradılıb.
İstər ailəvi istirahət, istər romantik səyahət, istərsə də işgüzar səfər planlayırsınızsa, BƏƏ sizi hər dəfə heyran edəcək.
Sizə uyğun proqramla istənilən səfərinizi Greenera Travel vasitəsilə peşəkar səviyyədə və maksimum rahatlıqla təşkil edə bilərsiniz.